Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotik vasitə ilə saxlanılıb

Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotik vasitə ilə saxlanılıb
# 13 oktyabr 2017 08:34 (UTC +04:00)

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli bölgəsi üzrə Polis Departamentinin Marneuli regional bölməsinin əməkdaşları operativ əməliyyat və axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşını saxlayıblar.

APA-nın yerli bürosunun Gürcüstan DİN-ə istinadən verdiyi məlumata görə, saxlanılan 1962-ci il təvəllüdlü S.V. adlı şəxsdən 7,3933 heroin olmaqla, ümumilikdə 11,6797 qram narkotik vasitənin olduğu 20 bağlama müsadirə edilib.

Saxlanılan şəxs günahını etiraf edib. Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR