Baş Prokurorluğun nümayəndə heyəti Ukraynada səfərdə olub

Baş Prokurorluğun nümayəndə heyəti Ukraynada səfərdə olub
# 13 oktyabr 2017 09:11 (UTC +04:00)

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Ukrayna prokurorluqları arasında cinayət işləri üzrə hüquqi yardım sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Kiyev şəhərində səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Ukrayna baş prokurorunun müavini Yevgeniy Yeninlə görüşüb. Y. Yenin ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən hüquq mühafizə orqanları ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

E. Əlixanov Ukraynanın baş prokuroru Yuriy Lutsenkonun bu ilin fevralında ölkəmizə səfərinin qarşılıqlı işgüzar münasibətlərin inkişafına yeni təkan verdiyini xüsusi vurğulayıb.

Görüş zamanı cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər sahələrdə mövcud vəziyyət, konkret işlər və gələcək əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Səfər çərçivəsində Ukrayna Baş Prokurorluğunun Xüsusi Antikorrupsiya Prokurorluğunda görüşlər keçirilməklə korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR