Narkotik bitki becərilməsində təqsirləndirilən keçmiş polis əməkdaşının məhkəməsi başlayıb

Narkotik bitki becərilməsində təqsirləndirilən keçmiş polis əməkdaşının məhkəməsi başlayıb
# 13 oktyabr 2017 09:35 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik bitkilərin becərilməsində təqsirləndirilən keçmiş polis əməkdaşı İlqar Rzayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Proses oktyabrın 20-də davam edəcək.

Qeyd edək ki, İ. Rzayev 1979-cu ildən 2004-cü ilə kimi DİN-in Nəqliyyat Polisində işləyib. İstintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilib. Bakıda Xəzər rayonunda bağ evi olan İ. Rzayev deyib ki, 2011-ci ildə həyətdəki ağacları sulayan zaman yaşıl otlara rast gəlib. Onlara diqqət edəndə narkotik vasitə olduğunu görüb. Ancaq onların orada necə bitməsini bilməyib. Narkotik vasitə istifadəçisi olduğundan həmin gündən onlara qulluq edib, yetişdirməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR