Bilik Fondunun sektor müdiri: "Azərbaycanda təriqət qaydaları ilə idarə olunan ailələr var"

Bilik Fondunun sektor müdiri: "Azərbaycanda təriqət qaydaları ilə idarə olunan ailələr var"
# 13 oktyabr 2017 10:19 (UTC +04:00)

"Təəssüf ki, bu gün Azərbaycanda təriqət qaydaları ilə idarə olunan ailələr yetişir".


APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "İslam həmrəyliyi: Azərbaycan örnəyi" adlı konfransda Azərbaycan Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib.

H. Abdulla bunun çox təhlükəli bir tendensiya olduğunu vurğulayıb: "Mənim bir qohumum var, Binə və Sədərək Ticarət mərkəzlərində işləyir. Deyir ki, həmin ticarət mərkəzlərində çalışan eyni təriqətə mənsub şəxslər var, onlar ancaq bir-birlərindən alver edirlər. Söhbət vəhhabilərdən gedir. Deyir ki, Dağıstandan və Azərbaycanın rayonlarından gələn “qardaşları” da yalnız onlardan mal alır. Bu, təhlükəli tendensiyadır və qarşısının alınması istiqamətində işlər görülməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR