Gürcüstanda azərbaycanlılar daha çox kəndlərdə məskunlaşıb

Gürcüstanda azərbaycanlılar daha çox kəndlərdə məskunlaşıb
# 13 oktyabr 2017 10:49 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində əhalinin sayı 427,4 min nəfər təşkil edir.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, onların 181,4 min nəfəri bölgənin şəhərlərində, 246 min nəfəri isə kəndlərində məskunlaşıb.


Gürcüstanda əhalinin 2 128,6 min nəfəri (57,2%) şəhərlərdə, 1 589,6 min nəfəri (42,8%) kəndlərdə yaşayır. Əhalinin 1 936,7 min nəfərini qadınlar, 1 781,5 min nəfərini isə kişilər təşkil edir.


Ölkədə ümumilikdə 3 718 200 nəfər əhali yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR