MSK nümayəndə heyəti Gürcüstanda seçkiləri müşahidə edəcək

MSK nümayəndə heyəti Gürcüstanda seçkiləri müşahidə edəcək
# 13 oktyabr 2017 11:31 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Gürcüstana səfər edəcək.


Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze APA-nın yerli bürosuna bildirib ki, Azərbaycan MSK-nın müşahidəçiləri artıq qeydiyyata alınıb.

Nümayəndə heyəti Gürcüstanda oktyabrın 21-də keçiriləcək yerli idarəetmə orqanlarına seçkiləri müşahidə edəcək.

Qeyd edək ki, seçkilərdə Gürcüstan vətəndaşları Tbilisi meri, 11 şəhər və rayonun başçılarını seçəcəklər. Paralel olaraq yerli idarəetmə orqanlarının məşvərətçi orqanları olan sakrebulolara da seçkilər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR