“Qarabağ” Avropanın ən məhsuldar klubları arasında 177-ci yerdədir

“Qarabağ” Avropanın ən məhsuldar klubları arasında 177-ci yerdədir
# 13 oktyabr 2017 11:49 (UTC +04:00)

Avrokubokların ən məhsuldar klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi cədvəldə qitənin 10 ən çox qol vuran komandası yer alıb.

Yalnız bir klub qitə kuboklarında 1000-dən artıq qol vurub. Bu da İspaniya “Real”ıdı. “Kral klubu”nun ən yaxın izləyicisi “Barselona”dı. 3-cü sırada “Bavariya” qərarlaşıb.

yer

klub

qol

oyun

Orta məhsuldarlıq

1

Real

1104

520

2.12

2

Barselona

926

468

1.98

3

Bavariya

870

439

1.98

4

Yuventus

711

412

1.73

5

Benfika

655

405

1.62

6

Anderlext

628

392

1.60

7

Milan

619

375

1.65

8

Ayaks

614

377

1.63

9

Mançester Yunayted

607

344

1.76

10

Liverpul

590

347

1.70

UEFA-nın cədvəlində ilk “onluq”dan başqa seçilmiş 10 kluba da yer verilib. Həmin klubların qol, oyun sayı, orta məhsuldarlığı, həmçinin mövqeyi əks olunub.

UEFA-nın seçilmişləri Çempionlar Liqasındakı iştirakına görə müəyyənləşib. Burada Azərbaycan çempionu “Qarabağ” da var. Ölkəmizin Avropadakı ən uğurlu təmsilçisi həm də ən məhsuldar komandamızdı. 86 matçda 87 dəfə fərqlənən ağdamlılar qol sayında Avropada 177-cidi.

yer

klub

qol

oyun

Orta məhsuldarlıq

12

Porto

543

359

1.51

14

Seltik

527

336

1.57

17

Atletiko

497

297

1.67

19

Sportinq

450

291

1.55

26

Tottenhem

404

205

1.97

28

Borussiya D

399

235

1.70

29

Feyenoord

398

251

1.59

34

Çelsi

378

213

1.77

37

PSJ

360

210

1.71

177

Qarabağ

87

86

1.01

UEFA orta məhsuldarlıqda da ən yaxşını müəyyənləşdirib. Bu cədvəldə Mönhenqladbax “Borussiya”sı hamıdan öndədi. Ən azı 100 oyun keçirən komandaların müqayisəsində 3 klub hər görüşdə 2-dən çox qol vurub. “Borussiya”nın ən yaxın izləyiciləri “Real”la “Ayntraxt” da buna nail olub. Orta məhsuldarlıq üzrə ilk “beşlik”də “Barselona” və “Bavariya” da yer alıb.

yer

klub

Orta məhsuldarlıq

oyun

qol

1

Borussiya M

2.16

165

357

2

Real

2.12

520

1104

3

Ayntraxt F

2.03

106

215

4

Bavariya

1.98

439

870

5

Barselona

1.98

468

926

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR