Model Leyla Oruclunun ölümü ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərardan şikayət verilib

Model Leyla Oruclunun ölümü ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərardan şikayət verilib
# 13 oktyabr 2017 12:22 (UTC +04:00)

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilməsi barədə qərardan şikayət verilib.

Bu barədə APA-ya məlumat verən vəkil İradə Cavadova bildirib ki, hüquqlarını müdafiə etdiyi L. Oruclunun anası Sevinc Orucova həmin qərardan Nərimanov rayon Məhkəməsinə şikayət edib.

Şikayətə oktyabrın 19-da hakim Samir Məmmədovun sədrliyi ilə baxılacaq.

Vəkil bildirib ki, xitam qərarı bir müddət əvvəl verilsə də, onlara məlumat verilməyib. Çoxsaylı müraciətlərdən sonra vəkil qərarı ala bilib.

Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda "Zəfəran" klinikasında iranlı həkim Sirus Qocxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L. Oruclu ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR