Azərbaycanda məcburi əməyə cəlb edilən Ukrayna vətəndaşı apellyasiya şikayəti verib

Azərbaycanda məcburi əməyə cəlb edilən Ukrayna vətəndaşı apellyasiya şikayəti verib
# 13 oktyabr 2017 12:33 (UTC +04:00)

Azərbaycanda məcburi əməyə cəlb edilən Ukrayna vətəndaşı Viktor Qoroşenko apellyasiya şikayəti verib.

Bu barədə APA-ya vəkil Leyla Məmmədova məlumat verib. Vəkil bildirib ki, şikayətə yaxın günlərdə baxılacaq.

V. Qoroşenko təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəyir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və məcburi əməyə cəlb etmədə təqsirləndirilən Namiq Cahangirov, Maqsud Əliyev, Ataməli Əliyev və Ədalət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb.

Hadisə 2013-cü ilin oktyabrında Bakının Sabunçu rayonunda baş verib. Təqsirləndirilən şəxslər Ukrayna vətəndaşı olan Viktor Qoroşinkonu fermada işlədərək, istismar etməkdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR