Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamran Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, o, 7 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, K. Soltanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib. O, bir neçə şəxsi hüquq-mühafizə orqanlarına işə düzəltmək adı ilə aldadıb.