SOCAR-ın inzibati binasında fəhlə liftin şaxtasına düşərək ölüb - YENİLƏNİB

SOCAR-ın inzibati binasında fəhlə liftin şaxtasına düşərək ölüb - <span style="color: red;">YENİLƏNİB
# 16 oktyabr 2017 12:22 (UTC +04:00)

SOCAR-ın Heydər Əliyev prospektində yerləşən yeni inzibati binasında faciə baş verib.

APA-nın məlumatına görə, SOCAR-ın binasında liftdə təmir işləri aparan 26 yaşlı Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Ə. Əhmədov yerindəcə ölüb.

Onun meyiti FHN-nin əməkdaşları tərəfindən şaxtadan çıxarılıb.

***

13.53

Bakıda bədbəxt hadisə baş verib.

FHN-dən APA-ya verilən məlumata görə, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR