Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 17 oktyabr 2017 10:55 (UTC +04:00)

Bu gün Tbilisidə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaya arasında üçtərəfli görüş başa çatıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.

***

10.17

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü başlayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar iştirak edir.

Görüşdə üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunur.

Görüşün yekununa dair sənəd imzalanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR