Həkim: "Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb"

Həkim: "Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb"
# 17 oktyabr 2017 11:13 (UTC +04:00)

"2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb. Onların 1966-sı və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb"

APA-nın xəbərinə görə, bunu Bakı Sağlamlıq Mərkəzinin doğum şöbəsinin reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradanquliyev deyib. O bildirib ki, Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb.

R.Quliyev qeyd edib ki, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır: "Ana ölümünün əsas səbəbləri qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HEELP sindromu, sepsis və mamalıq emboliyalarıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən gündə hər bir dəqiqədən bir 1600, ildə 500000 çox ana ölümü qeydə alınır. Inkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR