Lavrov: “Yaxın iki ildə BMT TŞ-da islahatlar barədə razılığa gəlmək real deyil”

Lavrov: “Yaxın iki ildə BMT TŞ-da islahatlar barədə razılığa gəlmək real deyil”
# 17 oktyabr 2017 12:15 (UTC +04:00)

”Yaxın iki ildə BMT Təhlükəsizlik Şurasında islahatlar barədə razılığa gəlmək real deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazir Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, bütün strukturlar özünü təkmilləşdirməlidir: "Bu, Birləşmiş Millətlər Təşkilatına da aiddir. BMT Təhlükəsizlik Şurasında islahatlar ancaq konsensus əsasında həyata keçirilə bilər. Bu adi məsələ deyil. Fikrimcə, yaxın iki il ərzində razılıq əldə etmək real deyil, lakin proses davam edir. Bütün ölkələrin təklifləri dinlənilib".

S. Lavrov qeyd edib ki, Rusiya BMT-nin əsas orqanında dünyanın inkişaf etməkdə olan regionları - Afrika, Asiya və Latın Amerikasının tam təmsil olunmasının tərəfdarıdır və bunu islahatların əsas vəzifəsi kimi görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR