Azərbaycan prezidenti Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 17 oktyabr 2017 15:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçib.

N. Kanellos etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.

*** 15.38

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR