Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib

Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib
# 17 oktyabr 2017 14:26 (UTC +04:00)

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Əbdüləziz Al Səudun məktubunda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR