Azərbaycanı “Eurovision-2018”-də təmsil edəcək ifaçı müəyyənləşib

Azərbaycanı “Eurovision-2018”-də təmsil edəcək ifaçı müəyyənləşib
# 08 noyabr 2017 13:02 (UTC +04:00)

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.

Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, bu gün münsiflər heyətinin iclası keçirilib.

Toplantıda ölkəmizi builki yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, Aysel Məmmədovadır.

Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində dünyaya gələn Aysel 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb, 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

A. Məmmədova 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni, 2015-ci ildə isə Debora Karterdən dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində iştirak edib.

A. Məmmədova pianoçu, vokalist və bəstəkardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR