“Barselona” Koutinyo üçün “Liverpul”a yeni təklif göndərəcək

“Barselona” Koutinyo üçün “Liverpul”a yeni təklif göndərəcək
# 09 noyabr 2017 03:48 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Filipe Koutinyonu qış “transfer pəncərəsi” müddətində heyətinə qatmağa cəhd edəcək.

APA-nın məlumatına görə, bu barədə “Sport.es” xəbər verib.

Məlumata görə, “Barselona” rəhbərliyi “Liverpul”a yeni təklif göndərəcək. Kataloniyalıların 25 yaşlı yarımmüdafiəçi üçün “mersisaydlılara” 120 milyon avro təklif edəcəyi gözlənilir.

“Barselona” ilə Koutinyo arasında müqavilənin müddəti 2022-ci ilədək qüvvədədir. Yay “transfer pəncərəsi” zamanı “Liverpul” “Barselona”nı təkliflərini bir neçə dəfə rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR