"SOCAR Trading" Kanadadakı ofisini bağlayaraq ABŞ-a qayıdıb

"SOCAR Trading" Kanadadakı ofisini bağlayaraq ABŞ-a qayıdıb
# 10 noyabr 2017 06:15 (UTC +04:00)

"SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.


"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, növbəti 3-4 ay ərzində "SOCAR Trading" bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürür.


"SOCAR Trading" Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsinin Hyustondakı ofisi fəaliyyətə başlayıb.


Agentlik yazır ki, "SOCAR Trading"in Kalqaridə 15 nəfər əməkdaşı olub.


"SOCAR Trading" iddia edir ki, yerdəyişmə şirkətin biznesinə heç bir təsir göstərməyəcək.


2007-ci ildə təsis olunan "SOCAR Trading" şirkətinin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR