Abşeronda 21 yaşlı oğlan itkin düşüb

Abşeronda 21 yaşlı oğlan itkin düşüb
# 10 noyabr 2017 08:50 (UTC +04:00)

Abşeron rayonu, Xırdalan şəhərində 21 yaşlı oğlan itkin düşüb.

Yaxınlarının APA-ya verdiyi xəbərə görə, Xırdalan şəhər sakini Rahib Hüseynov noyabrın 7-də telefon təmir etdirmək məqsədi ilə evlərindən çıxıb və bir daha qayıtmayıb.

R. Hüseynovun əqli qüsurlu olduğu bildirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

R. Hüseynovu görən şəxslərdən (051) 396 – 64 - 38, (055) 546 – 82 – 94 nömrələrinə zəng vurmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR