“Sərhəd” sənədli filminin təqdimatı olub

“Sərhəd” sənədli filminin təqdimatı olub
# 10 noyabr 2017 11:23 (UTC +04:00)

Beynəlxalq Mətbuat Mərkəzində “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən hazırlanmış “Sərhəd” sənədli filminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Xankəndi seçki dairəsindən seçilmiş millət vəkili Flora Qasımova, həmçinin QHT rəhbərləri, ölkənin aparıcı Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Sərhəd” sənədli filmi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs dövründə azərbaycanlı uşaqların öldürülməsindən bəhs edir. Filmdə 4 iyul 2017-ci il tarixdə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətl edilmiş 18 aylıq Zəhra Quliyevanın, 2011-ci ildə Ağdam rayonunun Orta Qərvənd kəndində erməni əsgərləri tərəfindən snayper gülləsi ilə vurulmuş Fariz Bədəlovun valideynləri, elə həmin il Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbçilərinin oyuncaqda gizlətdikləri qumbaranın partlaması nəticəsində həlak olmuş Aynur Şaxmalıyevanın anası danışır. Sənədli filmdə işğalçı Ermənistanın hərbi-siyasi rejiminin faşizm ideologiyası əsasında fəaliyyət göstərdiyini sübut edən arxiv materiallar da təqdim olunur.

Ssenari müəllifi və rejissor Etibar Məmmədov bildirib ki, bu günə qədər çoxlu sayda sənədli filmlər üzərində işləsə də, “Sərhəd” sənədli filmi ilə əlaqədar çəkilişlər aparmaq, erməni hərbçiləri tərəfindən bilərəkdən öldürülmüş körpə uşaqların valideynlərindən müsahibələr almaq mənəvi cəhətdən çox ağır olub.

Tədbir “Sərhəd” sənədli filmi ətrafında geniş müzakirələrlə davam edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR