MTN generallarının məhkəməsində əlavə şahidlər dindiriləcək

MTN generallarının məhkəməsində əlavə şahidlər dindiriləcək
# 10 noyabr 2017 11:53 (UTC +04:00)

MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

S. Qurbanovun vəkili İlkin Mustafanın APA-ya verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən Fizuli Əliyev bir epizod üzrə çıxış edib. S. Qurbanovun vəkilləri əlavə şahidlərin dindirilməsi barədə vəsatət veriblər.

Məhkəmə vəsatəti təmin edib.

İclasda təqsirləndirilən şəxslərin vəkilləri DTX-dan bəzi sənədlərin götürülməsi barədə vəsatət də veriblər. Bu vəsatət də təmin olunub.

Proses noyabrın 14-də davam edəcək.

İttihama görə təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə) və digər maddələri ilə ittihamlar irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR