Ağstafada çobanlar arasında dava düşüb, 4 nəfər xəsarət alıb

Ağstafada çobanlar arasında dava düşüb, 4 nəfər xəsarət alıb
# 10 noyabr 2017 12:10 (UTC +04:00)

Ağstafa rayonu ərazisində çobanlar arasında dava düşüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Ceyrançöl ərazisində baş verib. Çobanlar arasında baş verən dava zamanı Daşkəsən rayon sakinləri - 1983-cü il təvəllüdlü Afiz Paşayev , onun qardaşı, 1993-cü il təvəllüdlü Asim Paşayev, 1983-cü il təvəllüdlü Mahir Məmmədov, Qazax rayonunun Daş Salahlı kənd sakini 1984-cü il təvəllüdlü Pərviz Süleymanov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Davanın otlaq sahəsi üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR