Zeyno Baran: "Azərbaycanı fərqli ampluada görmək ölkənin güclü olmasının göstəricisidir"

Zeyno Baran: "Azərbaycanı fərqli ampluada görmək ölkənin güclü olmasının göstəricisidir"
# 10 noyabr 2017 12:45 (UTC +04:00)

"Azərbaycanı hər zaman neft və qaz ölkəsi kimi tanımışıq, indi onu fərqli ampluada - şopinq festival keçirərkən görmək ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir".


Bu sözləri Bakushopfest.com saytına açıqlamasında Hudson İnstitutunun Avrasiya siyasəti mərkəzinin müdiri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran deyib.


O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da irəli aparacağından əmindir. Z. Baran Azərbaycana gələn turistlərin bu festivalla bağlı sayının, insanların alış - veriş həvəsinin daha da artacağını vurğulayıb.


O, Azərbaycan dövlətinin turizmin inkişafına yönələn bu addımını təqdir etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR