Roman Abramoviç Türkiyə klubunu almaq istəyir

Roman Abramoviç Türkiyə klubunu almaq istəyir
# 10 noyabr 2017 14:25 (UTC +04:00)

“Çelsi”nin sahibi Roman Abramoviç Türkiyə “bazar”ına maraq göstərməyə başlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, rusiyalı biznesmen “Karşıyaka” klubunun səhmlərini almaq niyyətindədi.

Bu yaxınlarda borc ucbatından xalının silinmək, hətta aşağı liqaya yuvarlanmaq təhlükəsi ilə üzləşən İzmir təmsilçisini bundan azarkeşləri xilas etmişdi. Türkiyədə Karaca adasını da almaq istəyən Abramoviçin “Karşıyaka” klubu üçün təklifinin detalları açıqlanmasa da, bunun yüksək məğlub olduğu bildirilir.

Qeyd edək ki, “Karşıyaka” Türkiyənin II liqasında mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR