Tacikistan parlamentinin sədr müavini Milli Məclisdə olub

Tacikistan parlamentinin sədr müavini Milli Məclisdə olub
# 10 noyabr 2017 15:26 (UTC +04:00)

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev ilə görüşüb.

MM-dən APA-ya verilən məlumata görə, Ziyafət Əsgərov bildirib ki, Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir, hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır. O, parlamentlərarası əlaqələrin genişləndirilməsi, deputatların görüşlərinin və ikitərəfli qarşılıqlı səfərlərin artırılması vacibliyindən söz açıb.

Akramşo Felaliyev isə deyib ki, Tacikistanla Azərbaycanı birləşdirən qədim tellər var: “Bu gün də ölkənin məktəblərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı tədris olunur. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişləndirilməsi üçün potensialımız böyükdür”.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin və Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun qonaq nümayəndə heyəti ilə görüşü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR