Bakıda bir-birinə bitişik 3 fərdi ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

Bakıda bir-birinə bitişik 3 fərdi ev yanıb, bir nəfər tüstüdən zəhərlənib
# 10 noyabr 2017 20:16 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, yanğın Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 20 nömrəli fərdi evdə başlayıb.

Daha sonra yanğın bitişik olan daha iki evə keçib. İlkin məlumata görə, yanğın evlərin birindəki elektrik plitədən qaynaqlanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğın nəticəsində 1 uşaq tüstüdən zəhərlənib, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR