Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb
# 11 noyabr 2017 09:16 (UTC +04:00)

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 19 radələrində Siyəzən rayonu ərazisində Sumqayıt şəhər sakini Fərhad Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini, Quba rayon sakini Elman Rəhimov xəstəxanaya yerləşdiriliblər. E.Rəhimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR