Bakı Şopinq Festivalının endirim fürsətlərindən yararlanmağa tələsin!

Bakı Şopinq Festivalının endirim fürsətlərindən yararlanmağa tələsin!
# 11 noyabr 2017 10:22 (UTC +04:00)

Bu gün bütün dünyada beynəlxalq şopinq günü kimi qeyd olunur.

1993-cü ildən Çində yalnız “Subaylar günü” kimi qeyd olunan bu tarix daha sonra insanların kütləvi alış-veriş etdikləri günə çevrilib. 2009-cu ilin 11 noyabr tarixində “Alibaba Group” tərəfindən məhz AliExpress.com internet-mağazasında subay insanlara hədiyyə olaraq 50%-lik endirim kampaniyası başladılıb. Kampaniyadan milyon dollarla gəlir əldə edən şirkətin bu təşəbbüsünə sonradan bütün dünya ölkələri qoşulub.

Bakıda keçirilən Şopinq Festivalın 28-ci günü də məhz beynəlxalq şopinq gününə təsadüf edir. Noyabrın 15-dək davam edəcək Bakı Şopinq Festivalı çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 500-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, festival müddətində üzərində “Baku Shopping Festival – Tax Free” stikeri olan mağazalardan 100 manatdan çox alış-veriş edən müştərilərə aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) bir qismi geri qaytarılacaq.

Noyabrın 15-dək mağazalarda olan endirimlər, festival fürsətləri və digər aksiyalarla tanış olmaq üçün Bakı Şopinq Festivalın aşağıdakı sosial şəbəkələrdəki səhifələrinə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz:

http://www.twitter.com/bakushopfest/

https://www.instagram.com/bakushopfest/

https://www.facebook.com/bakushopfest

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR