Bu günədək BTC-yə 344 mln. tondan çox neft vurulub

Bu günədək BTC-yə 344 mln. tondan çox neft vurulub
# 13 noyabr 2017 07:29 (UTC +04:00)

2017-ci ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 268,672 min ton Azərbaycan nefti nəql olunub.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 22 mln. 595,463 min ton neft ötürülüb.


Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 mln. 133,525 min ton neft vurulub.


Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC ilə 545,988 min ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR