İran türkmən qazının Türkiyə və İraqa nəqlindən birdəfəlik imtina edib

İran türkmən qazının Türkiyə və İraqa nəqlindən birdəfəlik imtina edib
# 13 noyabr 2017 10:01 (UTC +04:00)

Tehran və Aşxabad arasında türkmən qazının svop əməliyyatlar əsasında Fars körfəzi ölkələrinə ixracına dair danışıqlar davam etdirilir.


"APA-Economics" IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Milli Qaz Şirkətinin rəhbəri Həmid Rza Əraqi bildirib.

Onun sözlərinə görə, tərəflər İraq, Türkiyə, Azərbaycan və Ermənistana qaz nəqlini müzakirə ediblər: "Nəticədə İran Türkmənistan qazının svop əməliyyatlar əsasında İraq və Türkiyəyə nəqlindən birdəfəlik imtina edib. Lakin türkmən qazının Azərbaycan və Ermənistana nəqli ilə bağlı heç bir problem yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR