"SOCAR Petroleum": "Aİ-98" markalı benzinin satışında fasilə 1 ay davam edəcək

"SOCAR Petroleum": "Aİ-98" markalı benzinin satışında fasilə 1 ay davam edəcək
# 14 noyabr 2017 07:17 (UTC +04:00)

Azərbaycanda "Aİ-98 Super" markalı benzinin satışında yaranmış fasilə təxminən 1 ay davam edəcək.

Sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli "APA-Economics"ə bildirib ki, artıq yanacaq sifariş verilib: "Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək".

Ü. Həbibbəyli bildirib ki, "Aİ-98 Super" markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır.

Şirkət rəsmisi deyib ki, "Aİ-98 Super" markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər. "Bu qəbildən olan nəqliyyat vasitələrinin yanacaq çənində "95/98" qeydi var. Beləliklə, sürücülərimiz rahatlıqla "Aİ-98" markası olmadığı təqdirdə "Aİ-95" markasından istifadə edə bilərlər".


Onun sözlərinə görə, "Aİ-95 Premium" markalı benzinin 1 litrinin qiyməti 1,15 manat, "Aİ-98 Super" markalı benzinin 1 litri isə 1,30 manat təşkil edir.

Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar "Aİ-98 Super" markalı benzinə tələbat artıb: "Konkret bir statistika olmasa da, deyə bilərəm ki, tələbat ciddi şəkildə artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR