DGK bu il büdcəyə 2,2 mlrd. manat köçürüb

DGK bu il büdcəyə 2,2 mlrd. manat köçürüb
# 14 noyabr 2017 09:04 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mlrd. 168,650 mln. manat təşkil edib.


"APA-Economics" DGK-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmaların həcmi 18,05% artıb.


Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 571,576 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 497,747 mln. manat, aksizlər üzrə 70,359 mln. manat, yol vergisi üzrə isə 28,967 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR