KİV: Lavrov Azərbaycan və Ermənistana səfər edəcək

KİV: Lavrov Azərbaycan və Ermənistana səfər edəcək
# 14 noyabr 2017 09:05 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Bakıya səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın "168 jam" qəzeti Rusiyadakı mənbəyə istinadən xəbər yayıb.

Lavrovun Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı bildirilir. Qeyd olunur ki, noyabrın 20-də Rusiya xarici işlər naziri İrəvana səfər edəcək.

"168 jam" qəzetinin yazdığına görə, səfərlə bağlı iki versiya var. Birinci versiyaya əsasən, Lavrov Nalbandyan-Məmmədyarov görüşü üçün Vyana və Peterburq anlaşmalarının yer aldığı effektiv gündəlik hazırlamağa çalışacaq. İkinci versiyaya görə isə rusiyalı diplomat münaqişə tərəflərinə digər həmsədr ölkələrin dəstəklədiyi proqramı təklif edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR