Hakiminin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsində şahidlər prosesə məcburi gətiriləcək

Hakiminin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsində şahidlər prosesə məcburi gətiriləcək
# 15 noyabr 2017 07:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, iclasda şahidlərin prosesə gəlmədiyi bildirilib. Məhkəmə şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarıb. Buna görə də proses noyabrın 22-dək təxirə salınıb.

İttihama görə, M. Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. Həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

O, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR