Nazir: “DSMF-nin gəlir və xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb

Nazir: “DSMF-nin gəlir və xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb
# 15 noyabr 2017 08:24 (UTC +04:00)

"Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlir və xərclərinin 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılıb. Bu da əvvəlki ilə nisbətən 178,8 mln. manat və ya 5,3% çoxdur.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, DSMF-nin xərclərinin 36,3%-i və ya 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 63,7%-i və ya 2 mlrd. 278,8 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR