Moskvada baş verən silahlı insidentlə əlaqədar 30 nəfər saxlanılıb - YENİLƏNİB

Moskvada baş verən silahlı insidentlə əlaqədar 30 nəfər saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 18 noyabr 2017 03:36 (UTC +04:00)

Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin ərazisində baş verən silahlı insidentlə əlaqədar 30 nəfər saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib

“Silahlı insidentlə əlaqədar 30-a yaxın şəxs saxlanılıb. Hazırda onlardan ifadələr alınır”, deyə mənbə qeyd edib. Onun sözlərinə görə, insidentin iştirakçıları və şahidlər müəyyənləşdirilir.

Ötən axşam “Moskva Siti” biznes mərkəzinin ərazisində naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında mübahisə zəminində atışma baş verib, nəticədə 6 nəfər yaralanıb.

İlkin məlumata əsasən, silahlı şəxslər biznes mərkəzinin mühafizəçilərinə atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar, üç avtomobilin axtarışda olduğu bildirilir.

***

00:51

Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin qarşısında silahlı insident baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib.

İlkin məlumata görə, insident nəticəsində 6 nəfər yaralanıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, daha 2 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR