Ağstafa sakini döyülüb

Ağstafa sakini döyülüb
# 18 noyabr 2017 06:19 (UTC +04:00)

Ağstafada döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafa şəhər sakini, 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əlövsət oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə sərxoş vəziyyətdə olan V. Əliyev tanımadığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR