Polis itkin düşmüş Kürdəmir sakinini tapıb

Polis itkin düşmüş Kürdəmir sakinini tapıb
# 18 noyabr 2017 10:42 (UTC +04:00)

Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 1989-cu il təvəllüdlü şəxs otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, bundan narahat olan ailə üzvləri onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müraciət ediblər.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsində olduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.

Qeyd edək ki, həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR