ARDNF bu il hərraclarda 3 mlrd. dollardan çox vəsait satıb

ARDNF bu il hərraclarda 3 mlrd. dollardan çox vəsait satıb
# 04 dekabr 2017 11:22 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.


ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 208,9 mln. dollar məbləğində vəsait satılıb.


Cari ilin oktyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 318,7 mln. dollar satıb. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabrda Fond tərəfindən satılan valyutanın həcmi 34,45% azalıb.


Ümumilikdə, yanvar-noyabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 mlrd. 13,32 mln. dollar satıb.


Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR