“Azərsu” kotirovka sorğusu keçirir

“Azərsu” kotirovka sorğusu keçirir
# 07 dekabr 2017 05:37 (UTC +04:00)

“Azərsu” ASC qəzaların idarə olunması sistemi üçün qəza xidməti avtomobillərində istifadə olunacaq mobil tətbiqin (naviqasiya proqram təminatı) hazırlanması xidmətinin
satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

APA-Economics” xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər "Azərsu” ASC-nin Satınalmaların təşkili və İdarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə müraciət edə bilərlər.


Sorğusda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 11 dekabr 2017-ci il saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.


Kotirovka təklifləri 12 dekabr 2017-ci il saat 15:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR