“Grand Hospital”da xəstənin ölməsi ilə bağlı cinayəti işi başlanıb

“Grand Hospital”da xəstənin ölməsi ilə bağlı cinayəti işi başlanıb
# 07 dekabr 2017 10:20 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğu “Grand Hospital” tibb mərkəzində xəstənin ölməsi ilə bağlı məlumat yayıb.

Şəhər Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.

Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilib.

Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR