“Qafqaz Baku city &recidences” hotelində yanğın-taktiki təlimi keçiriləcək

“Qafqaz Baku city &recidences” hotelində yanğın-taktiki təlimi keçiriləcək
# 07 dekabr 2017 11:25 (UTC +04:00)

“Qafqaz Baku city &recidences” hotelində yanğın-taktiki təlimi keçiriləcək.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city &recidences” hotelində yanğın-taktiki təlimi keçirəcək.

Təlimin keçirilməsində əsas məqsəd hotellərin yanğından mühafizəsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR