İlham Əliyev: “Qadınların məşğulluq məsələlərini həll etməyə çalışırıq”

İlham Əliyev: “Qadınların məşğulluq məsələlərini həll etməyə çalışırıq”
# 07 dekabr 2017 14:30 (UTC +04:00)

“Biz çalışırıq ki, qadınların məşğulluq məsələlərini həll edək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib.

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açıldığını deyən dövlət başçısı qeyd edib ki, “ASAN xidmət” Quba və qonşu rayonlara xidmət göstərəcək, 500 min vətəndaşa xidmət göstərəcək: “Məsləhət görürük ki, siz də gedib bu mərkəzin xidmətlərindən istifadə edəsiniz. Orada əhaliyə çox gözəl xidmət göstəriləcək. Orada 170, burada isə 150 iş yeri yaradılıb. İş yerlərinin yaradılması prosesi belə davam etməlidir. Orada da işləyənlərin əksəriyyəti qadınlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR