Putin prezident seçkilərində iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edib

Putin prezident seçkilərində iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edib
# 27 dekabr 2017 11:50 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Dünən Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən yığıncaqda təşəbbüs qrupunun üzvləri yekdilliklə V. Putinin 2018-ci ilin martın 18-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsini dəstəkləyiblər.

Qeyd edək ki, təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya Partiyası, Ümumrusiya Xalq Cəbhəsi, "Qələbə Könüllüləri" və Rusiya İctimai Palatası dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR