Hikmət Hacıyev: “Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edilib”

Hikmət Hacıyev: “Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edilib”
# 28 dekabr 2017 07:39 (UTC +04:00)

“Azərbaycan tərəfi ailələrinin məzarların ziyarət etmək üçün Kəlbəcərə gedən və girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması məsələsini Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edib”.

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bundan başqa, itkin düşmüş 4 min nəfərədək Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılıb: “Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında təmasları yaxından dəstəkləyib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR