Azərbaycan ötən il Ukraynaya 377 mln. dollarlıq neft ixrac edib

Azərbaycan ötən il Ukraynaya 377 mln. dollarlıq neft ixrac edib
# 05 yanvar 2018 15:01 (UTC +04:00)

2017-ci ildə Azərbaycan Ukraynaya 376,877 mln. dollarlıq neft ixrac edib.

APA-Economics” Ukrayna KİV-nə istinadən xəbər verir ki, ötən il Ukrayna ümumilikdə 442,219 mln. dollarlıq 1 mln. ton neft idxal edib.

Bu idxalın 376,877 mln. dolları Azərbaycan, 37,707 mln. dolları İran, 17,504 mln. dolları Qazaxıstan, 10,131 mln. dolları isə digər ölkələrin payına düşür. Bildirilir ki, Ukraynanın 2017-ci ilin dekabrında idxal etdiyi neftin böyük hissəsi - 43,510 mln. dolları Azərbaycanın payına düşür.

Qeyd edək ki, 2016-cı ilin sonunda “Ukrtransneft” və “Ukrtatnafta” şirkətləri arasında “Azərlayt” markalı neftin 2017-ci ilin əvvəlindən “Şimal” (Odessa) terminalından “Kremençuqskiy” neft emalı zavoduna nəqli ilə razılıq əldə olunub. 2017-ci ilin martın 10-dan isə Azərbaycan neftinin “Şimal” (Odessa) terminalından “Kremençuqskiy” neft emalı zavoduna nəqlinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR