“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 263 minə yaxın istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 263 minə yaxın istehlakçıya xidmət edib
# 08 yanvar 2018 14:08 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci il ərzində Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, ötən ilin yanvar-dekabr ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Sumqayıt və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 262 666 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR