Masallıda tapılan qartal reabilitasiya klinikasına təhvil verilib

Masallıda tapılan qartal reabilitasiya klinikasına təhvil verilib
# 09 yanvar 2018 10:07 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu il yanvarın 8-də Masallı rayonunun Xırmandalı kəndində, rayon sakini Anar Qurbanova məxsus otlaq sahəsində yaralı halda tapılmış qartalı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriblər.

Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ. İbrahimova deyib ki, bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartalına baytar həkim tərəfindən müvafiq yardım göstərilib, reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR