Rusiya prezidenti: "Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır"

Rusiya prezidenti: "Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır"
# 11 yanvar 2018 19:25 (UTC +04:00)

"Donbasdakı vəziyyət dondurulmuş münaqişənin əlamətlərini alır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

"Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır ki, heç kəs, o cümlədən Rusiya bunda maraqlı deyil. Biz istərdik ki, bu vəziyyət həll olunsun. Elə həll olunsun ki, bu ərazidə yaşayan heç kəsdə narahatçılıq oyatmasın. Ukrayna ilə bağlı Minsk razılaşmalarının yerinə yetirilməsi, o cümlədən Donbasın xüsusi statusu ilə bağlı qanunun qəbul olunması Rusiyanı tamamilə qane edirdi", - deyə Rusiya dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR